4 ay ərzində 68 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

16 May 2025 15:55 (UTC+04:00)

Bu ilin 4 ayı ərzində ümumilikdə dəyəri 68 milyon 673 min manatlıq narkotik dövriyyədən çıxarılıb. Bu barədə SİA-ya Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, dövr ərzində müvafiq qurumlar tərəfindən ümumilikdə dövriyyədən 2 ton 593 kq 000, 402 qram narkotik vasitə dövriyyədən çıxarılıb.