Göytəpə şəhərinin Baş planı təsdiqlənib

16 May 2025 15:54 (UTC+04:00)

“Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qeyd edək ki, Göytəpə şəhəri Cəlilabad rayonunun inzibati ərazi vahidinə daxildir.