Narkomanların İİV-ə yeni yoluxma faktlarının sayı azalıb

16 May 2025 15:52 (UTC+04:00)

Narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma faktında sayında azalma müşahidə olunur. Bu barədə SİA-ya Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

2025 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 292 vətəndaş müraciəti daxil olub ki, onların 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.