Alimlər Avropada dang və çikunqunya qızdırmasının sürətlə yayıldığını qeyd ediblər.
SİA-nın məlumatına görə, yayılmaya səbə kimi, Aedes albopictus ağcaqanadları (Asiya pələngi ağcaqanadının) göstərilir.
...Və bunun günahkarı təkcə qloballaşma və turizmin yüksəlişi deyil, həm də iqlimdir.
Havaların istiləşməsi Avropa şəhərlərini tropik xəstəlikləri ötürən ağcaqanadlar üçün daha əlverişli şərait yaradır. Təhlillər göstərib ki, yayda orta temperaturun Selsi üzrə hər 1 dərəcə artması üçün xüsusilə şəhərlərdə epidemiya riski 55 faiz artır.
Səyahətçilər virusları geri gətirməklə epidemiya riskini artırırlar.
Müəlliflər Avropanın bu xəstəliklərin endemikliyinə doğru getdiyini vurğulayırlar. 2007-ci ildən 2024-cü ilə qədər Avropa İttifaqında 66 yerli dang və çikungunya epidemiyası qeydə alınıb və Aedes albopictusun daimi mövcud olduğu regionların sayı 358-ə çatıb.
Gələcək üçün proqnozlar əlverişli deyil - 2060-cı illərə qədər epidemiyaların tezliyi indiki səviyyə ilə müqayisədə demək olar ki, 5 dəfə arta bilər.
Alimlər nəzarət tədbirlərinin təcili gücləndirilməsinə çağırır: monitorinqin işlənib hazırlanması, erkən xəbərdarlıq sistemlərinin tətbiqi və qızdırma yayılması barədə ictimaiyyətin məlumatlılığının artırılması...
Nazlı Almuradova