Əfsanəvi sovet sedanı GAZ-24 “Volqa” BMW-dən güc sükanı və yeni oturacaqlarla təchiz edilib. Avtomobil ABŞ-da hərraca çıxarılıb. Nadir 1978-ci il sedanın qiyməti 25 min dollar qiymətləndirilir.
Satıcının dediyinə görə, maşın tam bərpa olunub, əla vəziyyətdədir.
SİA-nın məlumatına görə, sovet sedanı BMW-dən güc sükanı və oturacaqlarla təchiz edilmişdir. Avtomobilin kapotunun altında 95 at gücünə malik 2,5 litrlik mühərrik yerləşdirilib. Bu aqreqat 4 pilləli mexaniki transmissiya ilə qarşılıqlı əlaqədədir.
Nazlı Almuradova