Sumqayıtda yük maşını 8-ci sinif şagirdini vuraraq öldürüb

16 May 2025 13:50 (UTC+04:00)

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.