Ağcabədidə Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmovla vida mərasimi keçirilib

16 May 2025 13:27 (UTC+04:00)

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.