Emin Əmrullayev FIBA-nın Bəhreyndəki Konqresində iştirak edir

16 May 2025 12:51 (UTC+04:00)

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov Bəhreynin Manama şəhərində keçirilən "FIBA Mid-Term Congress 2025"də iştirak edirlər. Bu barədə SİA-ya ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Burada 160-dan çox milli federasiya rəsmiləri növbəti inkişaf mərhələlərini müzakirə edirlər.

Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.