Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.