Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Yusif Məmmədovla vida mərasimi keçirilib

16 May 2025 12:07 (UTC+04:00)

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yusif Mirzəli oğlu Məmmədovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Yusif Mirzəli oğlu Məmmədovla 1972-ci il iyunun 29-da Sumqayıtda anadan olub. O, 1994-cü il fevralın 2-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Y.Məmmədov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.