Qoxu hissi ilə ölüm riski arasında əlaqə tapılıb...

16 May 2025 09:44 (UTC+04:00)

...Alimlər müəyyən ediblər ki, qoxu duyğunun pozulması ölüm riskini 6 faiz artırır. Bu bəyanat 2500-dən çox insanın iştirak etdiyi araşdırmanın nəticələrinə əsaslanır.

Alimlər iybilmə kəskinliyinin azalması ilə ölüm riski arasında əlaqə olduğunu bildirdilər.
SİA-nın məlumatına görə, araşdırmanı isveçli alimlər aparıblar.

JAMA Otolaryngology – Head & Neck Surgery jurnalında dərc olunan araşdırmaya görə, 6 və 12 il ərzində təqib edilən 60 yaşdan yuxarı 2500 insan üzərində aparılan araşdırmada tədqiqatçılar qoxu duyğusunun pisləşməsinin ölüm riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Konkret olaraq, insanlardan 16 qoxunu müəyyən etmələrini tələb edən testdə verilən hər bir yanlış cavab ölüm riskini 6 il ərzində 6, 12 il ərzində isə 5 faiz artırıb.

Eyni zamanda, alimlər müəyyən ediblər ki, qoxu duyğusunun pisləşməsi neyrodegenerativ, ürək-damar və tənəffüs xəstəliklərindən ölüm riskindən xəbər verir.

Müdaxilə edən amil demans idi.

Nazlı Almuradova