Merz: "Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır"

16 May 2025 09:22 (UTC+04:00)

Almaniya kansleri Fridrix Merz Rusiyaya qarşı yeni sanksiyalar paketinin artıq hazırlandığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə X sosial şəbəkəsində yazıb.

...Prezident Zelenskinin İstanbula getməsi böyük bir güzəştdir. Putin gəlmədi - o, özünü əlverişsiz vəziyyətə saldı.

Bunu deyən Merz vurğulayıb.

O əlavə edib ki, yeni sanksiyalar paketi hazırdır və çərşənbə axşamı Brüsseldə qəbul olunacaq.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Türkiyədə danışıqlarda uğur əldə olunmasa, Ukrayna öz tərəfdaşlarından, xüsusən də ABŞ-dan Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini gözləyir.

Əli Babayev