Atletika millimizin üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanıb. Bu barədə SİA-ya Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən bildirilib.
Atlet 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.