Tramp 11-ci dəfə baba oldu

16 May 2025 03:12 (UTC+04:00)

Donald Trampın kiçik qızı Tiffani Amerika Prezidentinin on birinci nəvəsi olan oğlu dünyaya gətirib. SİA xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat verib. "Həyatımıza girdiyiniz üçün təşəkkür edirik!" - o bildirib.

Körpə mayın 15-i, cümə axşamı doğulub. Ona Aleksandr Tramp Boulos adını veriblər. ABŞ prezidenti Donald Tramp ikinci müddətində nəvələri ilə müntəzəm olaraq ictimaiyyət qarşısına çıxır. Onun böyük övladlarının övladları seçki kampaniyası və andiçmə mərasimi zamanı babalarının yanında olub, idman tədbirlərində onunla birgə görünürlər.