İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski ilə Rusiya nümayəndə heyəti arasında görüş başlayıb.
SİA xəbər verir ki, bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb.
...Nümayəndə heyətlərinin görüşü Türkiyə Prezident Administrasiyasının İş Aparatında başlayıb, - məlumatda deyilir.
Qeyd olunur ki, danışıqlar Moskva vaxtı ilə saat 20:50 radələrində başlayıb. Daha əvvəl görüşün Dolmabağçanın İstanbuldakı prezident ofisində baş tutacağı bildirilirdi.
Əli Babayev