Tesla robot taksini işə salmağa hazır deyil…

15 May 2025 22:55 (UTC+04:00)

Amerikanın Tesla korporasiyası ABŞ-da sürücüsüz taksilərin istifadəyə verilməsi ilə bağlı problemlər yaşayır.

SİA xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Media jurnalistləri xatırladıblar ki, şirkətin rəhbəri İlon Mask yayda robotaksisləri işə salacağına söz verib. Lakin korporasiyadakı mənbələr bunun baş vermə ehtimalının az olduğunu bildiriblər. Belə ki, Tesla hələ ki, sürücü-operator səfərə nəzarət etmədən avtomobillərini sınaqdan keçirməyə başlamayıb.

Ekspertlər vurğulayıblar ki, tam avtonom taksi sınaqlarına keçmədən şirkət Amerika bazarına daxil ola bilməyəcək. Müəlliflər qeyd ediblər ki, “Tesla müştərilər üçün pilot xidmətə başlamazdan əvvəl bu, vacib addımdır.

Məqalədə deyilir ki, pullu robot taksi sürmə xidmətini işə salmazdan əvvəl Waymo altı ay ərzində avtomobillərini insan sürücüləri ilə sınaqdan keçirib.

Və sonra, daha altı ay ərzində şirkət maşınların operator olmadan necə təhlükəsiz hərəkət edə biləcəyini sınaqdan keçirib.

Jurnalistlər belə nəticəyə gəliblər ki, Maskın son müddəti yaxınlaşır və Teslanın vaxtı tükənir. Onlar həmçinin öyrəndilər ki, Tesla artıq Ostində təcili yardım xidmətləri ilə razılaşmalar əldə edib.

Onların mütəxəssisləri robotaksinin işində nasazlıqlara cavab verəcəklər.

...Aprelin sonunda Tesla məhdud robot taksi xidmətini işə saldı. O, Ostin və San Fransisko Körfəz Bölgəsində şirkət işçilərini daşımağa başlayıb.

Nazlı Almuradova