Türkiyə Suriyanın dünyaya yenidən inteqrasiyası üçün çalışmağa davam edir - Hakan Fidan

15 May 2025 16:01 (UTC+04:00)

Suriyanın yenidən qurulması üçün ortaq səylərlərə ehtiyac var. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib.

Fidan bildirib ki, Türkiyə Suriyanın yenidən dünyaya inteqrasiyası üçün çalışmağa davam edir: "İndiyə qədərki səylərimizin nəticəsinin olduğunu görürük və bundan məmnunuq".