2025-ci ilin ilk dörd ayında Rusiyada yeni MAZ avtobuslarının satışı 72,8 faiz azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Avtostat” xəbər verir.
...Bu dövrdə 74 avtobus satıldığı halda, 2024-cü ilin elə bu dövründə 272 avtobus satılmışdı.
Bunu isə “Euroradio” xəbər verib.
Xatırladaq ki, MAZ Minskdə yeni avtobus istehsalı zavodu tikib. Amma nə işdirsə bu zavodun, istehsal edib Rusiyaya göndərdiyi avtobuslar tez-tez yanır. Özü də küçəylə getdiyi yerdə...
Amma etiraf edilməlidir ki, Belarusun özündə təşkilatlar daha çox Çin avtobuslarını almağa üstünlük verirlər.
Əli Babayev