Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək

15 May 2025 15:01 (UTC+04:00)

Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, deputat ATƏT PA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək.

Deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.

Səfər mayın 19-da başa çatacaq.