Büdcədən 100 milyon manata yaxın vəsait geri qaytarılıb

15 May 2025 12:50 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 98 milyon 4,5 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

O cümlədən, 4 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 23 milyon 847,6 min manat təşkil edib.