Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib

15 May 2025 12:36 (UTC+04:00)

Müğənni Dəniz Əsədova həbs edilib. SİA-nın xəbərinə görə, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.

Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.

Faktı "Report"a vəkil Asim Abbasov təsdiq edib.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.