Mədəniyyət Nazirliyinə məxsus "Mozalan Studiyası" MMC-yə yeni direktor təyin edilib. SİA xəbər verir ki, bu, Rəşad Cəfərovdur.
O, studiyanın rəhbərliyində Əli-Səttar Quliyevi əvəz edib.
Xatırladaq ki, "Mozalan Studiyası" kommersiya qurumu kimi 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət süjetlər, sənədli və bədii filmlər istehsal edir.