“Rusiya payızda dağılacaq, Şimali Koreyalılar da kömək etməyəcək”

15 May 2025 10:50 (UTC+04:00)

...Rusiya iqtisadiyyatı buna tab gətirə bilmədiyi üçün “xüsusi hərbi əməliyyat”ı dərhal dayandırmaq lazımdır.

Kreml köhnəlmə müharibəsini davam etdirə bilmədiyi üçün Ukrayna və Amerika ilə razılaşmağa məcburdur.

SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA xəbər verir ki, bu barədə rusiyalı “qəzəbli patriot”, Z-müharibə müxbiri Maksim Kalaşnikov öz bloqunda yazıb.

...Vladimir Putin danışıqlara gedəcəyinə və danışıqları İstanbulda davam etdirəcəyinə razılaşdı. Zelenski ora getdiyini söylədi. Burada "onlardan üstün olduq”, “təşəbbüsü ələ keçirdik” kimi hər cür cəfəngiyyatlar dolaşmağa başladı. Amma sonda məlum oldu ki, onlar yenə də təşəbbüsü ələ keçirdilər...

Putinin niyə danışıqlara getməsi ilə bağlı bir nəticəyə gəldim... Çünki iqtisadiyyat sıxlaşmağa başlayır. Onlar başa düşürlər ki, düşmənçilik axınını döndərə bilməzlər və sonsuza qədər də davam edə bilməzlər. İqtisadiyyat son dərəcə pis vəziyyətdədir. Payızda çökməyə başlaya bilər. İqtisadiyyatınız çökərsə, müharibə apara bilməyəcik. Həm də heç bir Şimali Koreyalı kömək etməyəcək, onlara maaş verilməlidir, daha doğrusu, onların rəhbərliyinə pul verilməlidir.

Bunları deyən Kalaşnikov əmindir ki, Putin ölkə daxilində iğtişaşlardan qorxduğu üçün yeni səfərbərliyə getməyə cəsarət etməyəcək. Rus ordusunun itkiləri isə təcavüzü daha çox davam etdirmək üçün çox böyükdür.

Z-patriot-un fikrincə, Ukrayna dron məsələsində “bir addım öndə” olduğu üçün Rusiyanın hücumlarını çox uğurla dəf edir.

Əli Babayev