Rihanna övladlarına özü baxır

15 May 2025 08:40 (UTC+04:00)

Üçüncü övladına hamilə olan dünya şöhrətli müğənni Rihanna ailəsi ilə bağlı maraqlı açıqlamalar edib. SİA xəbər verir ki, ulduz övladları üçün dayə tutmadığını deyib. O, açıqlamasında "Mən 35 il övlad sahibi olmağı gözləmişəm. Onları başqaları böyütsün deyə dünyaya gətirməmişəm" sözlərini deyib.