PSV və Niderland millisinin yarımmüdafiəçisi Noa Lanqın atası Ceffri Lanq “Alexandria 66” və DKV uşaq komandaları arasında keçirilən oyunda döyülüb. SİA xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb .
Bu qarşılaşmanın hakimi Ceffri Lanq olub. Qarşılaşma zamanı bir nəfər meydançaya qaçaraq Lanqın üzünə zərbə endirib.
Klublar hadisənin həqiqətən də baş verdiyini təsdiqləyiblər,
“Onun övladlarından biri “Alexandria”da oynayır və mənim qərarımla razılaşmadı. Fikirləşdim: “yaxşı, bu haqda sonra danışarıq”, ancaq gəlib məni vurdu. Təxminən səkkiz saniyə huşumu itirdim”, – Lanq deyib.
Bundan əlavə, Cefri Lanq bildirib ki, ertəsi gün həmin şəxs ona zəng edərək üzr istəyib, özü də polislə əlaqə saxlamaq fikrində olmayıb.
Qeyd edək ki, Noa Lanq 2021-ci ildən PSV-də çıxış edir və komandanın liderlərindən biridir – 2024/25 mövsümündə klubun heyətində 42 oyunda 14 qol vurub və 12 qol ötürməsi edib.