Liviyada silahlı toqquşma: 6 ölü, 70 yaralı

15 May 2025 04:29 (UTC+04:00)

Liviyanın paytaxtı Tripolidə növbəti dəfə silahlı toqquşmalar yaşanıb. SİA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahabın sözlərinə görə, toqquşmalar zamanı 6 nəfər ölüb, 70-i isə yaralanıb.