“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

15 May 2025 01:16 (UTC+04:00)

Futbol üzrə İtaliya Kubokunun qalibi müəyyənləşib.

SİA xəbər verir ki, həlledici oyunda “Bolonya” və “Milan” komandaları üz-üzə gəlib. Roma Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Bolonya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, komanda tarixində üçüncü dəfə İtaliya Kubokunun qalibi olub.