“Məni və sirli cənab X-i xoşbəxt edin...”

15 May 2025 22:05 (UTC+04:00)

...Müğənni Alsu keçmiş əri, iş adamı Yan Abramovla məhkəmədən dərhal sonra bloqunda kişi ilə fotosunu yerləşdirib.

SİA-nın məlumatına görə, fotonu 7Dney.ru saytı dərc edib Ulduz vəziyyətə sirr havası əlavə edərək, “Məni və sirli cənab X-i xoşbəxt edin” yazıb.

Deyilənlərə görə, müğənninin yaratmaq istədiyi intriqa elə də uzun sürməyib. Çünki bir çox pərəstişkarı onun əsrarəngiz yoldaşını Alsunun çoxdan dostluq etdiyi məşhur Nikolay Baskov olduğu dərhal tanınıb.

Və ulduzun özü demək olar ki, dərhal şəxsiyyətini təsdiqləyib.

Əslinə qalanda adının Nikolay olmasına baxmayaraq, Baskovun özü də... əstafürüllah...

Qeyd edilməlidir ki, sənətçinin özü,.. Alsunu deyirəm intiriqa xarakterli şayiələri aktiv şəkildə alovlandırır.

...Sizi bilmirəm, amma mənə elə gəlir ki, o, keçmiş ərinə “gözdağı” vermək istəyir..?

Nazlı Almuradova