Rusiya tərəfində döyüşən özbək ölkəsində məhkum edilib…

14 May 2025 19:33 (UTC+04:00)

…Özbəkistanın Pastdarqom Rayon Cinayət Məhkəməsi 51 yaşlı yerli sakini Rusiya Müdafiə Nazirliyi ilə müqavilə əsasında xidmət etdiyi üçün 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

SİA xəbər verir ki, məhkəmənin məlumatına görə, özbək 2021-ci ilin mayında pul qazanmaq üçün Sankt-Peterburqa gedib.

2024-cü ilin yanvarında o, Rusiya Müdafiə Nazirliyi ilə bir il müddətinə hərbi xidmət üçün müqavilə imzalayıb, bundan sonra Leninqrad vilayətində tikinti işlərinə göndərilib.

Artıq ötən ilin oktyabrında səhhətinə görə evə buraxılıb və bu ilin əvvəlində Özbəkistana qayıdıb.

Vətənində o, Rusiya Silahlı Qüvvələrinin sıralarında xidməti haqqında hüquq-mühafizə orqanlarına məlumat verib.

Məhkəmə T.R. 1974-cü il təvəllüdlü o, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin muzdluluq maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə hökm çıxararkən materiallarda göstərildiyi kimi, səmimi etirafı, həmçinin peşmanlığı və istintaqla əməkdaşlığı nəzərə alıb.

Həmin şəxsin əvvəllər məhkumluğu olmayıb.

Əli Babayev