Qarajda tapılan iki uşaqla bağlı müstəntiq nəzəriyyəsi...

14 May 2025 18:40 (UTC+04:00)

Saratovda qarajda tapılan iki qız və anası məhkəmə-tibbi ekspertizasından keçib və onların ölüm səbəbləri müəyyən edilib.

SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat verib.

Uşaqlarda küt kəllə-beyin travması var. Qarajın içəridən bağlı olduğunu nəzərə alan müstəntiqlər qızlarının qətliamında ananın iştirakı ilə bağlı versiya irəli sürüblər.

Hadisə yerindən maddi sübutlar, o cümlədən mobil telefonlar götürülüb. Həmçinin kompüter-texniki, psixoloji-psixiatrik, genetik və iz müayinələri təyin edilib.

İstintaq Komitəsinin rəhbəri mayın 13-də meyitlərin aşkarlanmasından sonra açılan cinayət işi üzrə istintaqın gedişi ilə bağlı hesabat istəyib.

...Deməli, “Jiquli” qaraj kooperativinin qarajlarından birində saxlanılan avtomobildə heç bir həyat əlaməti olmayan üç və yeddi yaşlı iki qız uşağı aşkar edilib.

Onların anası maşının yanında uzanı şəkildə tapılıb....

Əli Babayev

in qarajda tapılan iki uşaqla bağlı nəzəriyyəsi var