İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

14 May 2025 18:12 (UTC+04:00)

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda italiyalı peşəkar tennisçi Yannik Sinner ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Yannik Sinner Roma Papasına tennis raketkası hədiyyə edib. O, zarafatla Papa XIV Leoya “tennis oynayaq” deyib. Roma Papası isə buna cavabında “burada olmasa daha yaxşıdı” - deyə cavab verib.

Qeyd edək ki, Papa XIV Leo tennis həvəskarıdır. Yannik Sinner isə Peşəkar Tennis Assosiasiyası tərəfindən kişilər arasında təkbətək yarışlarda dünyada birinci yeri tutur. O, bu yüksək reytinqə çatan ilk italiyalı tennisçidir.