“Xankəndi” AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb

14 May 2025 16:27 (UTC+04:00)

“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda böyükhesablı qələbə qazanıb. SİA xəbər verir ki, komanda bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə “Ağstafa Gəncləri”ni 4:0 hesabı ilə məğlub edib.

Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 18-də baş tutacaq.