Kürdəmirdə qadın pasiyentin əməliyyatdan sonra ölməsi faktı üzrə araşdırma aparılır. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.