Azərbaycan vətəndaşı Türkiyədə baş verən avtomobil qəzasında dünyasını dəyişib. SİA-nın məlumatına görə, hadisə İzmir şəhərində qeydə alınıb.
Qəza nəticəsində Azərbaycan vətəndaşı, 27 yaşlı Günel Məmmədova ölüb.
Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.