Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonundakı mövcud qaz xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 14-də saat 11:30-dan etibarən qaz təchizatı dayandırılıb. Qaz təchizatı dayandırılan müddətdə Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.