Azərbaycan bədii gimnastları Avropa Kubokunda iştirak edəcəklər

14 May 2025 14:36 (UTC+04:00)

Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın Burqas şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma üzvləri artıq sözügedən turnirə yollanıblar.

Qeyd edək ki, Avropa Kuboku mayın 15-18-si aralığında baş tutacaq.