Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar

14 May 2025 14:27 (UTC+04:00)

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar. SİA ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.

Qeyd edək ki, turnir mayın 17-nə qədər davam edəcək.