ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

14 May 2025 11:54 (UTC+04:00)

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, layihə çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.