Marketinq ve şəxsi brend

14 May 2025 11:23 (UTC+04:00)

Marketinq strategiyası ilə yüksək performansa və uğurlu nəticələrə nail olmaq üçün şəxsi brend kimi formalaşmaq

Bu dəfə brend sənsən. Fərqlən.Tanın. Təsir et. Hər kəsin bir hekayesi var ama onu kim necə təqdim edir- fərqi yaradan budur.

İlk addım özünü bir brend kimi formalaşdırmaqdır – “Brend” nece göründüyünüz və yaddaşda necə qalmağınızdır. Karyerada uğurlu nəticələrə nail olmaq özünü yaxşı tanımaqdan başlayır.

Marketinqdə brend fəlsəfəsi rezonans yaratmaq yəni təşkilat və cəmiyyət arasında xüsusi bir bağdı.Eyni amanda insanların özlərinə də aiddir, belə ki, özlərini brend kimi formalaşdırmaqla başqalarının yaddaşında bir hekayə və görünüşlə rezonans yaratmaqdır.

Bu hekayə, sizin başqalarının gözündə qazandığınız reputasiya ilə bağlıdır və buna təcrübəniz, bacarıqlarınız, təhsiliniz, şəxsiyyətiniz, səs tonunuz, özünüzü necə təqdim etdiyiniz və hətta istifadə etdiyiniz dil daxildir. Beləliklə, şəxsi brend, kim olduğunuz və nə ilə tanınmaq istədiyiniz arasındakı kəsişmədə yerləşir. Bununla siz başqalarına getmək istədiyiniz yeri, eyni zamanda hədəfinizi də görməyə kömək edir, bu isə sizə təkcə indiki hekayənizi deyil, gələcək hekayənizi də idarə etməyə imkan verir.

Özünü nece təqdim edirsən..
Liderlik – mühakimə etmədən dinləmək, empati qurmaq və münasibətləri qorumaq sənətidir. Daxili sabitliyi qoruyaraq komanda daxilində etimad və əməkdaşlıq mühitinin yaradılması həm şəxsi inkişafın, həm də kollektiv uğurun təməlidir.

Yaxşı lider olmaq hər kəsin işində və evdə şüurlu şəkildə uğur və xoşbəxtliyinə töhfə verməkdir. Həyatda rastlaşdığımız hər vəziyyətdə sağlam mühit yaratmağımız böyük əhəmiyyət kəsb edir. Qarşılaşdığınız hadisə, yaranmış konflikt və ya narazıçılıq zamanı ətrafla, işdə komanda ilə balansı necə qurmaq lazımdır?Anlıq davranışla özümüzü və ətrafımızı balansda saxlayaraq daha çox mühakimə etmədən yanaşmağa çalışmaq və hadisəyə fokuslanmaq lazımdır.

Hücum- Başqalarını günahlandırmaq, mühakimə etmək, cəzalandırmaq, şikayət etmək - insanları nə qədər çox mühakimə etsək, onları sevməyə bir o qədər az vaxtımız olur.

Özünü günahlandırmaq - özümüzü mühakimə edib, qurbanı oynamaq, zəkanın ən yüksək forması mühakimə etmədən özümüzü müşahidə etmək bacarığıdır.

Gözləyib, araşdırmaq və əlaqə qurmaq – burada özümüzü aqresiv olmayan şəkildə araşdırıb nəticə çıxara bilirik, öz eqomuzu kənara qoyuruq, başqalarının ehtiyacı, şəfqət, anlayış, empatiya ilə fikirləşirik. Məsələn –qarşımda olan bu insan üçün nə vacibdir və görmədiyim bir sey varmı kimi suallarla başqa prespektivlərə baxmağa, qulaq asmağa-dinləməyə, müxtəlifliyi qəbul etməyə, tolerant olmağa əsaslanır. Aristotel: özünü tanımaq müdrikliyin başlanğıcıdır. Yüksək performans üçün ilk növbədə aydın məqsədlər təyin etmək vacibdir.

Məqsədlər - hara getdiyinizi, hər hansı potensial çətinlikləri necə dəf edəcəyinizi və onu saxlamaq üçün nəyə ehtiyacınız olduğunu anlamağa kömək edir.

Aydın və həyata keçirilə bilən məqsədlər keyfiyyəti yaxşılaşdırmağa kömək edə bilər. Məqsədlərinizi nə qədər diqqətlə müəyyənləşdirsəniz, istədiyinizə nail olmaq ehtimalınız bir o qədər yüksəkdir:
• Gündəlik iş məqsədləri -başlanğıc olaraq, gündəlik işlərinizdə edə biləcəyiniz ən azı bir yeniliyi adlandırın ki, bu da ümumi effektivliyinizdə fərq yaradacaq.
• Problemin həlli məqsədləri işçilərin aşağı əhval-ruhiyyəsi və ya xidmətin keyfiyyəti problemləri kimi xüsusi problemləri həll edir;
• İnkişaf və İnnovasiya məqsədləri

Beləliklə, ən azı bir inkişaf məqsədini formalaşdırmaq üçün yeni bacarıq və təcrübə əldə etməyə təşviq edir.
Ardı var

Gülü Məmmədova

Mərkəzi Gömrük Hospitalının Marketinq üzrə mütəxəsisi