16 minə yaxın şəxsə yaşa görə əmək pensiyası təyin olunub

14 May 2025 10:40 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində 15 900-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, onların 54,8%-ni kişilər, 45,2%-ni isə qadınlar təşkil edib.