Yunanıstanda güclü zəlzələ baş verib

14 May 2025 07:52 (UTC+04:00)

Yunanıstanda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geofizika İnstitutu məlumat yayıb. Yeraltı təkanları episentri Egey dənizindəki Kassos adası olub. Bakı vaxtı ilə 03.51-də baş verən zəlzələ qonşu ölkələrdə də hiss edilib.

Bundan bir neçə saat əvvəl Türkiyədə də 6 maqnitudalı zəlzələ qeydə alınıb.