Güclü zəlzələ Türkiyəni yenə silkələdi

14 May 2025 04:20 (UTC+04:00)

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 maqnitudada zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələ Datça rayonu sahilindən 155 kilometr məsafədə baş verib. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.