Məşhur aktyor yeni sevgilisi ilə bir arada - FOTO

14 May 2025 03:40 (UTC+04:00)

Türkiyəli aktyor Bülənt Şakrakın Burcu Kirmandan ayrıldıqdan sonra yeni münasibətə başladığı məlum olub. SİA xəbər verir ki, aktyor sosial media hesabında yeni sevgilisi Duygu Arabacıoğlu ilə fotosunu paylaşıb.

Şakrak "Bülbül gül üçün ah çəkir, o bülbül mənə oxşayır!” sözləri ilə yeni eşqini hər kəsə elan edib.