Uruqvayın sabiq prezidenti vəfat edib

14 May 2025 02:40 (UTC+04:00)

Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Uruqvayın rəsmi mənbələri məlumat yayıb.

Xose Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti vəzifəsini yerinə yetirib. Buna qədər o, kənd təsərrüfatı naziri və digər vəzifələrdə çalışıb. Muxika prezidentliyi dövründə həyata keçirdiyi bir sıra ciddi islahatlarla yadda qalıb.