Rutte Ukrayna üçün “imkanlar pəncərəsi”ndən danışıb...

13 May 2025 18:39 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və Ukraynada sülhün bərpası üçün “fürsət pəncərəsi” elan edib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyədə səfərdə olan Rutte X-də yazıb.

...NATO-nun növbəti sammitinə hazırlıq çərçivəsində Ankarada prezident Ərdoğanla əla görüş keçirdik. Biz həmçinin Ukraynanı da müzakirə etdik, burada indi sülhə doğru irəliləyiş üçün real imkan pəncərəsi var, - o yazıb.

Rutte Türkiyəyə NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində gəlib.

Bundan əvvəl TASS-ın Brüsseldəki mənbəsi bildirmişdi ki, Ukrayna üzrə danışıqların və NATO xarici işlər nazirlərinin görüşünün tarixlərinin üst-üstə düşməsi “təsadüfdür”.

Eyni zamanda diplomat bu görüşdən Kiyevə mənəvi və diplomatik dəstək üçün istifadə olunacağını istisna etməyib.

Əli Babayev