Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında yazıçı Cəlal Bərgüşadın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar İttifaqının və Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Cəlal Bərgüşadın həyat yoldaşı, yaxınları, Xalq şairi Ramiz Rövşən, yazıçılar, şairlər, media nümayəndələri iştirak ediblər.
Tədbiri Azərbaycan yazıçısı, jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid açıq elan edib.
Daha sonra qonaqlar çıxış edərək Cəlal Bərgüşadın həyatı, yaradıcılığı haqqında xatirələrini bölüşüblər. Tədbirdə iştirak edən Ramiz Rövşən təəssüflə qeyd edib ki, Qarabağın, Qubadlının azad olunmasını Cəlal Bərgüşad görmədi. Lakin onun ruhu şaddır.
Tədbir xoş təəssüratlarla yadda qalıb.