“Bu turda çempionatdan gedən klub müəyyənləşdi” - Arif Əsədov DANIŞDI

13 May 2025 16:02 (UTC+04:00)

“Bu turda bir çox suallara aydınlıq gəldi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib. O, Premyer Liqanın 34-cü turunu şərh edib.

Əsədov bildirib ki, bu turda çempionatı rəsmi olaraq tərk edən qrup bilindi: “Səbail” məğlub olmaqla, “Kəpəz” qalib gəlməklə artıq növbəti ildən Bakı təmsilçisinin Premyer Liqanı tərk etməsi bilindi. İndi hal-hazırda ən gərgin mübarizə üçüncü, dördüncü yer uğrunda gedir. Həmçinin qarşıda kupok finalı var və onlara aydınlıq gələcək. Oyunlara gəldikdə “Sabah” “Şamaxı” oyununda, “Sabah” hələ də dördüncü yer üçün mübarizə aparır. “Turan-Tovuz”da arxadan gəlir. Məhz bu matça da motivasiyalı çıxdıqları üçün yaxşı şəkildə qələbə qazandılar. “Səbail” – “Zirə” oyununa gəldikdə burdada “Zirə” qalibiyyət qazanaraq öz ikinci yerini rəsmiləşdirdi. “Turan Tovuz” oyunu ən maraqlı oyunlardan biridir. Artıq neçə oyundur ki, qələbə qazana bilmir və bu oyun da vacib idi ki, qələbə qazanıb həm “Araz-Naxçıvan”a yaxınlaşsın həm də öz dördüncü yer pozisiyasını möhkəmləndirsin. Amma artıq biz neçənci dəfədir görürük ki, “Turan Tovuz” vacib oyunlarda qələbəni əldə edə bilmir. Görünən odur ki, psixoloji baxımdan bir az problemlər var. Ola bilsin ki, bu təzyiq edir. Yer, vaxt məsələsi və komanda vacib oyunlarda qələbəni əldən buraxır. “Neftçi” heyyətdəki itkilərə baxmayaraq oyuna rahat çıxmışdı. Bu rahatlıq komandaya qalibiyyəti qazandırdı. “Kəpəz” – “Sumqayıt” oyununda da “Kəpəz” artıq qalibiyyət ilə Premyer Liqada qalmağı rəsmiləşdirirdi və yeni sponsor da artıq rəsmiləşdi. Bütün bunlar komandanın motivasiyasına təsir edirdi və qələbə qazanmaqla artıq yerini möhkəmləndirdi. “Sumqayıt” da bilir ki, çempionata düşməyəcəklər və heyətdə tez-tez dəyişikliklər olur, hər zaman yeni oyunçular görürük. “Araz-Naxçıvan” zəif oyunlarından birini keçirdirdi. Bunu Elmar Baxşıyev də bildirdi. Komanda üçünücü yeri götürəcəyinə inanır. Çünki arxadan gələn “Turan Tovuz” da məğlub olmuşdu. Bu komandada müəyyən qədər rahatlıq yaratdı və “Qarabağ” layiqli qələbə qazandı”.