“Xoş haldır” - Bəxtiyar Musayev DANIŞDI

13 May 2025 15:44 (UTC+04:00)

““Qarabağ”dan ümumiyyətlə bütün klublarımızdan xoş sözlər eşidəndə, müsbət nəticələr görəndə doğurdan da sevindirici haldır”. Bunu SİA-ya açıqlamasında futbol veteranı Bəxtiyar Musayev deyib. O “Qarabağ”ın dünya reytinqində 10 pillə irəliləməsinə münasibət bildirib.

Onun sözlərinə görə, bu uğurlu hadisə kimi qeyd etmək olar: “Qarabağ”ın rəqabətsiz Azərbaycan çempionatında liderliyə yüksəlməsi həmçinin dünya reytinqində də, klublar sıralamasında da 10 pillə yuxarıda olması xoş bir haldır. Ümid edirik ki, bundan da daha böyük uğurlara imza açarlar. Əsas da gələcək illərdə çempionlar liqasının qrupuna düşməyi komandamıza arzulayıram.