"Şərqdə müsəlman olaraq türk aləmində ilk respublikası cümhuriyyəti 1918-ci il 28 mayda bizim babalarımız qurub. Ən böyük önəm ondan ibarətdir ki, ilk müstəqil respublikası yaradıldı. SSRİ Rusiyası Azərbaycanı işğal edən zaman, Azərbaycan respublika olmağa məcbur oldu". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, ən önəmli məsələlərdən biridə odur ki, Bakı ermənilərdən təmizləndi: "Bakı erməni daşnaklarının işğalı altında idi. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam ordusu 1918-ci ilin 15 sentyabrında Bakını işğaldan azad etdi. 18 sentyabrda isə Bakı paytaxt oldu.
Türk dili Azərbaycanın dövlət dili elan edildi. 1918-ci il 26 iyunda Respublikanın Silahlı Qüvvələri ordusu yaradıldı. 1918-ci il 9 noyabrda üçrəngli bayrağımız qəbul edildi.
1919-cu ildə isə Bakı Dövlət Universiteti yaradıldı. Yəni həmin dövrdə çox böyük işlər görüldü. Ancaq təəssüflər olsun ki, 1918-ci il mayın 29-da İrəvan paytaxt olmaqla Ermənistana 9 min km² ərazi verildi".
Ekspert qeyd edir ki, dünya gücləri təzyiq etdi, amma Milli Şura hakimiyyəti buna baxmayaraq bu qərarı qəbul etdi: "Azərbaycan Cümhuriyyəti işğal edildikdən sonra Göyçə və Qərbi Zəngəzurda 20 min km² Ermənistana verildi. Bununlada Ermənistanın 29 min km² ərazisi oldu. Bu çox acı bir taleyimizdi və hər zaman zəfərlərlə yanaşı bunuda qeyd etməliyik. Eyni zamanda 85 nəfər ziyalımız olub və onlar Hacı Zeynalabdin Tağıyev kimi xeyirxah insanların dəstəyi ilə təhsil alıb, həmçinin müstəqil dövlət qurublar. Bu bizim qürurumuz və şərəf tariximizdir.
Sovet ordusu Azərbaycanı işğal edəndə şimalda 350 nəfərlik ordumuz sonuna qədər döyüşüb. Uzun müddət, hətta 1960-70-ci illərdə də müstəqillik uğrunda mübarizəmiz dayanmayıb. Ədəbiyyatda, mədəniyyətdə bir çox müstəqilliyə aid fikirlər səsləndirilib. Ona görə də 1937-ci ildə böyük repressiyalar olub. Həmçinin Qarabağ hadisələri də o zamanlar gündəmdə idi. Ermənilər Rusiya ilə birlikdə torpaqlarımızı işğal edirdilər. Çar Rusiyası olaraq, daha sonra Bolşevik Rusiyası ilə birlikdə hərəkət edirdilər. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin ordusu Qarabağda idi. Ruslar isə Azərbaycan torpaqlarını rahatlıqla işğal edə bildilər. Bu bizim tariximizdir və heç vaxt unutmamalıyıq. Həmçinin bütün bu hadisələrdən nəticələr çıxarmalıyıq. Bu gün müstəqilliyi əldə etməyin nə qədər çətin olduğunu, onun əldə saxlamağın isə daha çətin olduğunu görürük.
Azərbaycan dövləti 34 ildir ki, müstəqil dövlətdir. Ərazi bütövlüyünü və suverenliyini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təmin etdi. Təbii ki, bu Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Mirzə Fətəli xan Xoyskinin, Həsən bəy Ağaoğlunun və onlarla ziyalımızın ruhu şaddır".