Azərbaycan Stolüstü Tennis Federasiyasının hakimi vəfat edib

13 May 2025 13:40 (UTC+04:00)

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, veteran stolüstü tennisçi, "Lokomotiv" İdman Mərkəzinin məşqçisi, ASTF-nin hakimi Tahir Əliyev vəfat edib.

O, 77 yaşında həyatını itirib.